Ruslan Abışova üç müştəri
24.06.2023 - 17:52
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov karyerasını başa vurmayacaq.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi futbolçu kimi çıxışını davam etdirməyə qərar verib.
“Zirə”dən ayrıldıqdan sonra klubsuz qalan futbolçunun xidmətində Premyer Liqanın debütantı “Araz Naxçıvan” maraqlıdır. Muxtar Respublika təmsilçisi arxa xətti gücləndirmək üçün təcrübəli futbolçuya ehtiyac duyub. Abışov “Qəbələ” və “Kəpəz”in də maraq dairəsindədir.
Qeyd edək ki, Ruslan əvvəllər də “Qəbələ”nin formasını geyinib.
- Aleks Souza: “Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır” - Müsahibə
- Şahin Diniyev: “0:4 hesablı məğlubiyyət “Neftçi” üçün dönüş nöqtəsi ola bilər” - MÜSAHİBƏ
- Dedi-qodu Hocsonu xəstəxanalıq etdi
- 36 yaşlı qapıçıdan imtina
- Azərbaycan millisinin insult keçirən sabiq futbolçusunun son durumu bəlli olub
0
0