Avrokuboklara vəsiqə qazanan “Sabah” yayda heyətini gücləndirmək üçün islahatlar aparacaq.
Apasport.az saytının məlumatına görə, daxili yarışlardakı legioner limitini nəzərə alan Bakı klubunun vidalaşacağı futbolçular arasında əcnəbilər də olacaq.
“Qara siyahı”ya düşən ilk belə oyunçu İqor Qabrieldir. Mövsümün sonunda onunla yolların ayrılacağı gözlənilir.
2022-ci il fevral ayında paytaxt təmsilçisinə keçən “Fluminense”nin yetirməsi baş məşqçi Murad Musayevin planlarına daxil deyil. Masazır təmsilçisində özünü təsdiqləyə bilmədiyi üçün “Lvov”a icarəyə verilən braziliyalı müdafiəçi iyunun 30-da geri qayıtmalıdır. Amma rusiyalı mütəxəssis “Sabah”la müqaviləsi 2024-cü il dekabrın 31-nə qədər olan İqora ehtiyac duymur. Bu üzdən də 24 yaşlı futbolçunun yayda göndərilməsi, ya da ən azı yenidən icarəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Qabriel “Sabah”da cəmi 2 oyun keçirib.
- “Barselona”nın müdafiəçisi “Sevilya”nın bir addımlığında
- Azər Bağırov: "Səbail"ə məğlub olmaq dünyanın sonu deyil"
- Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda qələbə qazanıb
- Azərbaycanda BWF-nin "Shuttle Time" layihəsinin yeni mərhələsinə start verilib - FOTO
- Varan "Mançester Yunayted"dən ayrılacaq - Rəsmi