"Sabah" - "Makkabi" matçına nə qədər bilet satılıb?
28.07.2024 - 21:27
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Sabah" - "Makkabi” (Hayfa, İsrail) oyununa bilet satışı davam edir.
Apasport.az "Sabah"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna 2500 bilet satılıb.
Biletləri “iticket.az” saytından, həmçinin “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək olar.
Qeyd edək ki, iyulun 1-də “Bank Respublika Arena”da keçiriləcək "Sabah" - "Makkabi" matçı saat 20:00-da başlayacaq. "Sabah” ilk oyunda İsrail klubunu 3:0 hesabıyla məğlub edib.
- Çempionlar Liqasının ən yaxşı futbolçusu bəlli oldu
- “Qarabağ” “Neftçi”ni, Qurban Qurbanov Mehman Allahverdiyevi keçdi
- FIFA U-15 və U-20 dünya çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclası baş tutub
- “Zirə” üçün Konfrans Liqasında növbəti rəqib – püşk atıldı
- Yan Sommer Belçika yolunda
0
0