"Sabah"a bu dəfə yerli məşqçi gələ bilər
25.11.2024 - 14:46
Krunoslav Renduliçlə yollarını ayıran “Sabah”ın yeni baş məşqçisi yaxın günlərdə müəyyənləşəcək.
Apasport.az-ın əldə etdiyi məlumata görə, komanda yoluna yerli məşqçi ilə davam edəcək.
Hazırda bu post üçün ən real namizəd Arif Əsədovdur.
Əsədov özü də bu məsələyə müsbət yanaşır. O, U-21 millisindən təklif alsa da, klubda işləməyə üstünlük verir.
Arif Əsədovdan başqa posta yerli namizədlər arasında Adil Şükürov da var. Xarici məşqçilər arasında namizədlərdə isə Vasili Berezutskinin adı hallanır.
Qeyd edək ki, Renduliç bu ilin mart ayından Masazır təmsilçisində çalışırdı.
- Prezident: “Şadam ki, minifutbol komandamızın tərkibi yerli idmançılardan ibarətdir“
- Rapid yarışlarına yekun vurulub
- Atletimiz beynəlxalq turnirdə yarışacaq
- Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri üz-üzə
- İrəvandakı Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib - BİRGƏ BƏYANAT
0
0