"Sabah"dan uşaqlara və valideynlərə maraqlı jest
12.09.2024 - 17:33
!["Sabah"dan uşaqlara və valideynlərə maraqlı jest](https://apasport.az/storage/news/2024/september/12/big/66e2e540087c666e2e540087c7172614585666e2e540087c466e2e540087c5.jpg)
15 sentyabr – Bilik Günüdür.
Apasport.az xəbər verir ki, bu münasibətlə sentyabrın 15-də baş tutacaq “Sabah” – “Turan Tovuz” oyununa gələcək bütün məktəblilərə və onları müşayiət edən valideynlərə pulsuz bilet veriləcək.
Pulsuz biletləri oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.
“Sabah” – “Turan Tovuz” oyunu sentyabrın 15-də, saat 20:30-da “Bank Respublika Arena”da keçiriləcək.
0
0