Lukakuya yeni müştəri
24.05.2023 - 14:02
Romelu Lukakunu heyətində görmək istəyən klubun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Aston Villa” belçikalı hücumçunu heyətinə qatmağı planlaşdırır.
Müqavilə ilə “Çelsi”yə məxsus olan, icarə əsasında “İnter”də çıxış edən 30 yaşlı forvardın transferini baş məşqçi Unai Emeri istəyib. İspaniyalı mütəxəssis Lukakunun “Aston Villa”nın hücum xəttini gücləndirəcəyi qənaətindədir.
Qeyd edək ki, Romelu A seriyasının 23 matçında 9 qol vurub.
- Umarali Raxmonaliyev: “Biz bu görüşə hazır idik” - VİDEO
- Fransa millisinin üzvləri milli komanda ilə vidalaşıb
- Cüdoçularımız Asiya Kubokunda iki medal qazanıb - FOTO
- “Sumqayıt”ın baş məşqçisi: “Bunun səbəbləri məlumdur”
- Ceyhun Sultanov: “Kabel çəkəni, malyarı vəzifəyə gətirəndə futbolumuz bu gündə olacaq” - OFSAYD
0
0