“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona yan xətt hakimləri Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Boris Marhefka isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Sabah" iyulun 25-də səfərdə "Makkabi"yə qarşı oynayacaq. Avqustun 1-də keçiriləcək “Sabah”–“Makkabi” oyunu isə saat 20:00-da başlayacaq.
- Aleks Ferqyusonun atı ilə böyük UDUŞ
- Millimizin üzvü: “Yorğun olsaq da, əhval-ruhiyyəmiz yaxşıdır"
- Avropa Kuboku: “Azərreyl” 1/4 finalda Türkiyə təmsilçisi ilə qarşılaşacaq
- "Zirə" və "Turan" xalları bölüşdü - YENİLƏNİB
- 2025-ci ildə boksçularımızın beynəlxalq yarışlarda əldə etdikləri medalların sayı artıb