"Sabah"ın legionerinə ağır cəza - 4 oyunluq diskvalifikasiya
30.04.2025 - 13:52
AFFA İntizam Komitəsi "Sabah-2"nin futbolçusu Stefen Endeni cəzalandırıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Onunla bağlı qərar İntizam Komitəsinin bugünkü iclasında qəbul edilib.
28.04.2025-ci il tarixində Əvəzedicilər Liqasında 32-ci turun “Sabah-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra “Sabah-2”ın futbolçusu Stefen Ende hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Sabah-2” komandası 300 manat cərimə edilib.
- "Sumqayıt" amerikalı basketbolçu transfer edib
- ÇL: "İnter"dən minimal hesablı qələbə, "Siti" səfərdə sülhə razılaşdı
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib
- “Mançester Siti”nin “abunəçi”si - “Arsenal”
- Millimiz Uels seçməsinə böyük hesabla məğlub olub
0
0