"Sabah"ın qapıçısı Qazaxıstan millisinə çağırılıb
12.03.2025 - 16:37
"Sabah"ın qapıçısı Qazaxıstan millisinə çağırılıb

"Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasına dəvət alıb.

Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi Əli Əliyev 32 nəfərlik siyahıya Azərbaycanda çıxış edən legioneri də daxil edib. B

Bu gün Qazaxıstan millisinin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı başlayıb. Pokatilov martın 17-də düşərgəyə qoşulacaq.

Qeyd edək ki, Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Uels və Lixtenşteynlə üz-üzə gələcək.