"Sabah"ın Sekidika arzusu - ÖZƏL
02.02.2025 - 15:24

“Sabah” əsas futbolçularını komandada saxlamaq üçün danışıqlara başlayıb.
Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Cessi Sekidikaya yeni müqavilə təklif edib.
“Sabah” nigeriyalı ilə bir illik müqavilə imzalamaq niyyətindədir. Tərəflər arasında danışıqlar başlayıb.
Böyük ehtimalla futbolçu ilə klub müsbət yöndə anlaşacaq.
Qeyd edək ki, onun “Sabah”la sözləşmə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Sekidika Azərbaycan klubuna 2023-cü il sentyabrın 7-də keçib.
- Miodraq Bojoviç: "Tovuzda təbiət çox gözəldir"
- Saşa Yunisoğlu: “Qarabağ”ın oyunçusu olmasaydı, deyərdim ki, mütləq getməlidir” - MÜSAHİBƏ
- Premyer Liqada XI əsrin ən yaxşı məşqçilərinin reytinqi açıqlanıb
- Misli.az-ın lotereyasının qalibləri Avro-2024 finalını stadiondan izlədilər
- “Zirə”nin “Makkabi” oyun üçün İŞTİRAK ƏRİZƏSİ
0
0