“Şahdağ Qusar”da iki yeni legioner - RƏSMİ
24.07.2026 - 21:35
“Şahdağ Qusar” heyətini iki yeni legionerlə gücləndirib.
Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi kamerunlu Arsene Dauda və anqolalı Jose Cristovao Zenqo ilə müqavilə imzalayıb.
21 yaşlı yarımmüdafiəçi Arsene Dauda mövsümün sonuna qədər qüvvədə olacaq sözləşməyə imza atıb. Onun son klubu “Cəbrayıl” olub.
21 yaşlı yarımmüdafiəçi Jose Cristovao ilə isə 1+1 illik müqavilə bağlanıb. “Messias” ləqəbi ilə tanınan futbolçu Anqolanın “Petro Luanda” klubunun yetirməsidir. O, daha sonra Portuqaliyanın “Vizela” və Xorvatiyanın “Kustosija” komandalarının formasını geyinib.

0
0