"Şamaxı" 4 qolla qələbə qazandı
23.07.2024 - 20:29
!["Şamaxı" 4 qolla qələbə qazandı](https://apasport.az/storage/news/2024/july/23/big/669fda625957d669fda625957e1721752162669fda625957b669fda625957c.jpg)
“Şamaxı” yay təlim-məşq toplanışında üçüncü yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Ayxan Abbasovun komandası yeni mövsümdən 1-ci liqada çıxış edəcək "Cəbrayıl”la qarşılaşıb və 4:0 hesabı ilə qələbə qazanıb.
"Şamaxı"nın heyətində yeni transfer Conatan Benteke dubl edib. Digər qolları Elşad Tağıyev və Adil Nağıyev vurub.
Qeyd edək ki, "Şamaxı" bundan əvvəlki yoxlama oyunlarında "Kəpəz"ə 2:1, "Pelikan"a isə 5:0 hesabı ilə qalib gəlib.
0
0