“Şamaxı” baş məşqçi seçimini etdi
24.05.2022 - 15:31

“Şamaxı” baş məşqçi ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisi Rüstəm Əliyevi postunda saxlayıb.
Klubun İdarə Heyəti gənc mütəxəssisin əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edib. Əliyevlə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Şamaxı” 2021/22 mövsümünü 22 xalla 7-ci pillədə tamamlayıb. Rüstəm Əliyev mövsümün sonlarında baş məşqçi səlahiyyətini müvəqqəti icra edib.
- “Zirə”dən bərabərlik, “Sabah” “Sumqayıt”ı darmadağın etdi - YENİLƏNİB
- "Qarabağ" Kadiyə təklif göndərdi
- Beynəlxalq Çövkən Federasiyasının vitse-prezidentləri açıqlandı
- Rəşad Sadıqov "Qarabağ"ın qələbəsi barədə bunları yazdı - FOTO
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında iştirak edirlər
0
0