"Şamaxı" – "Sumqayıt" matçı qapıçıya görə gec başladı
16.04.2023 - 16:05
Azərbaycan Premyer Liqasının XXX turunun "Şamaxı" – "Sumqayıt" görüşü 16:00-da başlamalı olsa da, nəzərdə tutulduğu vaxtdan gec start götürüb.
Apasport.az-ın məlumatına görə, buna səbəb qonaq komandanın rusiyalı qapıçısı Elnur Vəliyevin "Şamaxı"nın forması ilə eyni rəngdə geyinməsi olub.
Bu səbəbdən də matçın baş hakimi Fərid Hacıyev ondan formasını dəyişdirməyi tələb edib. Məhz bu üzdən matç təxminən 5 dəqiqə gec başlayıb.
- Sərbəst güləşçilərimiz İranda mübarizə aparacaq
- “Leypsiq” futbolçusunu 5 milyona satdı
- “Beşiktaş” pley-off mərhələsində: KL-də gecənin nəticələri - YENİLƏNİB
- Dünya Kamandan Oxatma Federasiyası Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO
- Macarıstan millisinin üzvü: “Bizim üçün nəticə önəmlidir”
0
0