
Ryan Kent “Fənərbaxça”dan narazıdır.
Apasport.az xəbər verir ki, 26 yaşlı cinah oyunçusu meydanda az olmasından şikayətçidir.
Mövsümün əvvəlində Şotlandiya “Reyncers”indən İstanbul klubuna sərbəst futbolçu kimi gələn ingilis ehtiyatda oturmaq istəmir. Bu mövsüm Türkiyə Super Liqasında 4 matça çıxan futbolçu cəmi 114 dəqiqə meydanda olub. Yarımmüdafiəçinin qışda icarəyə verilməsi gözlənilir.
Qeyd edək ki, narazılığını açıq-aşkar ifadə etməyə başlayan Kent son olaraq “Fənərbaxça” ilə bağlı bütün paylaşımlarını sosial media hesablarından silib. Futbolçunun bu hərəkətinin onun gedişini sürətləndirəcəyi bildirilir.
- Dövlət başçısı Beynəlxalq Şahmat Federasiyasının Prezidentini qəbul edib
- Yunan-Roma güləşçilərimiz Avropa çempionatında 8 medal qazandı
- Felipe Santos: "Qəbələ" kuboku qazanan komandanın özəyini qoruyub saxlasaydı..." - Müsahibə
- Nuri Şahin addım-addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq
- Premyer Liqada 18-ci