“Çelsi”nin Lukakudan qurtulmaq planı
09.06.2022 - 22:27
“Çelsi” hücumçu Romelu Lukakudan qurtulmağa hazırdır.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu Belçika millisinin hücumçusunun xidmətindən məmnun deyil.
Bu üzdən yeni rəhbərlik ötən mövsüm ümidləri doğrultmayan forvardın icarə əsasında başqa kluba keçməsində maraqlıdır. Londonlular 25 milyon avro qarşılığında onu icarəyə verməyə razıdır. Futbolçu özü də keçidin baş tutması üçün maaşının 40 faizinin azaldılmasına hazırdır.
Qeyd edək ki, “Çelsi” Romelu Lukakunu ötən il “İnter”dən transfer edib.
- "Barselona" yeni formasını təqdim etdi - FOTO
- Azərbaycan boksçuları İngiltərədə keçirilən dünya çempionatında iştirak edəcəklər
- Nağı Səfərov: “Dünya çempionatı Azərbaycanda idman bayramına çevriləcək”
- A Seriyası: “İnter” 3 xalı 5 qolla qazandı, “Yuventus”dan xal itkisi
- "Mançester Yunayted" PSJ-nin ulduzunu istəyir
0
0