Türkiyə qadın voleybol millisi Millətlər Liqasının ikinci mərhələsini məğlubiyyətsiz başa vurub.
Apasport.az xəbər verir ki, "Filenin Sultanları" mərhələnin son oyununda Çin yığması ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Türkiyə rəqibini 3:2 hesabı ilə məğlub edib.
Beləliklə, Türkiyə millisi Millətlər Liqasının ikinci mərhələsində keçirdiyi dörd oyunun hamısında qalib gəlib. Komanda Almaniya, Kanada, Cənubi Koreya və Çin üzərində qələbə qazanaraq mərhələni maksimum nəticə ilə başa vurub.
Qeyd edək ki, Türkiyə millisi Millətlər Liqasında keçirdiyi 8 oyundan 8-də qalib gəlib və turnirdə məğlubiyyətsiz irəliləyir.