Santuşun Bakıya gəliş tarixi bəlli oldu
12.06.2024 - 12:39
![Santuşun Bakıya gəliş tarixi bəlli oldu](https://apasport.az/storage/news/2024/june/12/big/66695f5c12cc366695f5c12cc4171818172466695f5c12cc166695f5c12cc2.jpg)
Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş sabah Bakıya gələcək.
Bu barədə apasport.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah çalışdırıcının təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək. “Hilton” hoteldə təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.
Qeyd edək ki, portuqaliyalı ilə müqavilənin detalları da məhz həmin tədbirdə məlum olacaq.
0
0