"Səbail" Superliqa klubu ilə bərabərə qaldı
13.07.2024 - 19:22
!["Səbail" Superliqa klubu ilə bərabərə qaldı](https://apasport.az/storage/news/2024/july/13/big/66929c73564bb66929c73564bc172088433966929c73564b966929c73564ba.jpg)
2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi Superliqa klubu “Hatayspor”la qarşılaşıb və oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, "Səbail"in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək. Komanda daha əvvəl Türkiyə 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb və 2:3 hesabı ilə uduzub.
0
0