Türkiyədə təlim-məşq toplanışı keçirən "Sumqayıt" və "Səbail" bu gün yoxlama oyunu keçirəcək.
Apasport.az-ın məlumatına görə, hər iki komanda Rumıniya klubları ilə üz-üzə gələcək.
Günün ilk qarşılaşmasında Samir Abasov futbolçularını Superliqada mübarizə aparan “Hermanştadt”la sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da "Fanatik Belek Sport Center"də baş tutacaq.
Növbəti matçda "Səbail" “Universitatya Kluj”la qarşılaşacaq. “İS Santai Hotel”inin meydanında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, hər iki Premyer Liqa təmsilçimiz bu mövsüm ilk oyunlarına çıxacaq.
- Sabiq “Arsenal”lı Çempionşip klubuna rəhbərlik edəcək
- Azərbaycan Premyer Liqası: 1058 günün rekordu
- İngiltərənin I divizion klubu "Benfika"dan futbolçu aldı
- Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək
- Qarnaçodan "Yunayted"liləri qıcıqlandıran açıqlama: "Doğru an və doğru klub..."