“Səbail”də daha bir yeni müqavilə
04.06.2024 - 19:02
![“Səbail”də daha bir yeni müqavilə](https://apasport.az/storage/news/2024/june/04/big/665f2c8bd61b3665f2c8bd61b41717513355665f2c8bd61b1665f2c8bd61b2.webp)
2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, Samir Abdullayevlə 1 illik anlaşma əldə olunub.
Yarımmüdafiəçi ötən mövsüm komandanın heyətində Azərbaycan Premyer Liqasında 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Qeyd edək ki, U-21 milli komandamızın üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.
0
0