La Liqa təmsilçilərindən "Sevilya" "Qarabağ"ın futbolçusu Olavia Juninyonun transferini tamamlamaqda çətinlik çəkir.
Apasport.az xəbər verir ki, Braziliya klublarından "Flaminqo" ispanların planlarını pozub.
İddialara görə, Juninyo vətəninə qayıda bilər. "Flaminqo" braziliyalıya "Sevilya"dan qazanacağı məbləğin 3 qatını təklif edib.
Yaxın günlərdə İspaniyaya yollanan 28 yaşlı futbolçu burada tibbi yoxlamadan keçsə də, hələ ki, klubla müqavilə imzalamayıb.
Uzun müddətdir, "Qarabağ"la transfer danışıqları aparan "Sevilya" hələ də yekun nəticənin olmamasından narazıdır.
İspaniya klubu bu səbəblə hücum mövqeyi üçün yeni alternativ tapıb.
Komanda "Anderlext"in futbolçusu Luis Vaskeslə maraqlanır.
Qeyd edək ki, 23 yaşlı argentinalı ötən ilin yayında 4,5 milyon avro qarşılığında "Boka Xuniors"dan "Anderlext"ə transfer olunub.
- Elmar Baxşıyev: “Oyunçularım bəzi adamların cavabını meydançada verdilər”
- "Kəpəz"ə müvəqqəti rəhbərlik edəcək məşqçi bəlli oldu
- “Qalatasaray”ın futbolçusu 2 oyunluq cəzalandırılıb
- “Azərreyl” və “Murov Az Terminal”dan qələbə
- "Kyeza "Liverpul"dan ayrılmaq istəyir" – İtalyan ulduzun gələcəyi sual altındadır