Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Slovakiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Slovakiya Futbol Assosiasiyası yeni çalışdırıcının adını rəsmi saytı vasitəsilə açıqlayıb.
Yerli qurum bu posta italiyalı Françesko Kaltsonanı gətirib. 53 yaşlı mütəxəssislə 2023-cü ilin sonunadək müqavilə imzalanıb. Əgər o, komandanı AVRO-2024-ə çıxara bilsə, sözləşmə avtomatik olaraq turnirin sonuna qədər uzadılacaq.
Kaltsona bu vəzifədə 49 yaşlı slovakiyalı Stefan Tarkoviçi əvəzləyib. O, əvvəllər “Perucia”, “Alessandriya”, “Sorrento”, “Empoli”, “Napoli” və “Kalyari” kimi klublarda köməkçi məşqçi vəzifəsində çalışıb.
Qeyd edək ki, C liqasının 3-cü qrupunda 4 turdan sonra Slovakiya 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Adıçəkilən komanda növbəti oyununu sentyabrın 22-də evdə Azərbaycan millisinə qarşı keçirəcək.
- “Kopenhagen”in gənc ulduzu “Barselona”nın hədəfində
- Maqomedxan Maqomedov: "Nəticəmdən razıyam" - Video
- Maksim Medvedev: “Göstərmək istədik ki, hələ də ölkənin bir nömrəsiyik” - MÜSAHİBƏ
- Vurğun Hüseynov: "Belçikaya qarşı Bakıda keçirdiyimiz görüş mənim üçün unudulmazdı" - Müsahibə
- “Mançester Yunayted”də yeni müqavilə