Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri keçirilir.
Apasport.az saytı xəbər verir ki, yarışın ikinci günü yığmamız üçün uğurlu olub.
Komandının ən tiltullu üzvü Mariya Stadnik (50 kq) Polşada favorit imicini doğruldub. O, finaladək kanadalı Keti Dutçaka, polşalı Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa "tuş"la qalib gəlib. Həlledici görüşdə Stadnik təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşıb. 7:0 hesablı qələbə qazanan Mariya "Poland Open"də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, sabah Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) döşək üzərinə çıxacaqlar.
- Sabiq futbolçularımıza plaket təqdim olundu
- “Qarabağ” dünya reytinqində irəlilədi, “Neftçi” və “Sabah” gerilədi
- “Yuventus” qolkiperi ilə müqavilə yeniləyib - RƏSMİ
- Adil Şükürov: "Bunu bəzi məşqçilər və idarəçilər düşündürməlidir" - MÜSAHİBƏ
- Pedro Roke: “Hədəf Azərbaycan boks tarixində ilk olimpiya “qızılı”nı qazanmaqdır”