Sulşerli "Beşiktaş" "Neftçi"nin futbolçuları ilə görüşüb
13.02.2025 - 17:18
Sulşerli "Beşiktaş" "Neftçi"nin futbolçuları ilə görüşüb

"Neftçi"nin 17 yaşadək futbolçuları Türkiyənin "Beşiktaş" klubunun əsas komandası ilə görüşüblər.

Apasport.az xəbər verir ki, görüşdə "qara qartallar"ın baş məşqçisi Ole-Qunnar Sulşer, paytaxt klubunun idman direktoru Zaur Əzizov da iştirak edib.

Yeniyetmə oyunçular, "Neftçi" rəsmiləri əsas komandanın məşqini izləyiblər. Sulşer və Əzizov bir-birilərinə klublarının formalarını hədiyyə ediblər.

Qeyd edək ki, "Neftçi"nin U-17 komandası Türkiyədə beynəlxalq turnirdə iştirak edir.