“Sumqayıt” 26 illik antirekordu təkrarladı
10.10.2022 - 11:01
![“Sumqayıt” 26 illik antirekordu təkrarladı](https://apasport.az/storage/news/2022/october/10/big/6343c35f530276343c35f5302816653853116343c35f530256343c35f53026.jpg)
“Sumqayıt” Misli Premyer Liqasının I dövrəsində ən az qol vuran komanda olub.
Apasport.az saytı xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 9 oyunda yalnız bir dəfə fərqlənib.
Bu, Azərbaycan çempionatlarının 30 illik tarixində müvafiq dövr üçün ən aşağı göstəricidir. Sumqayıtlılar 1996/97 mövsümündə qeydə alınan antirekordu təkrarlayıb. 26 il əvvəl “Şəmkir” 9 matçda cəmi 1 qol vurub. Həmin vaxt 9 görüşdə xal da qazanmayan qərblilər texniki məğlubiyyəti top fərqində nəzərə almasaq 44 qol buraxıb.
Qeyd edək ki, 4 xala malik “Sumqayıt” 10 dəfə topu qapısında görüb.
0
0