“Sumqayıt” mövsümdə ilk qələbəsini qazandı - YENİLƏNİB
10.10.2026 - 21:25
“Sumqayıt” mövsümdə ilk qələbəsini qazandı - YENİLƏNİB

Misli Premyer Liqasında VII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçı Sumqayıtda keçirilib.

Şəhərin eyniadlı komandası doğma meydanda “Qəbələ”ni qəbul edib.

Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə nəticələnib. Bu, komandanın mövsümdə ilk qələbəsi olub.

Misli Premyer Liqası
VII tur

19:30. "Sumqayıt" – "Qəbələ" 4:1
“SOCAR Polymer Arena”