“Lans”ın yeni baş məşqçisi bilindi: Almaniyalı mütəxəssis
16.06.2026 - 14:54
“Lans”ın yeni baş məşqçisi bilindi: Almaniyalı mütəxəssis

“Lans” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Fransa təmsilçisi komandanı Dino Toppmöllerə tapşırıb.

Almaniyalı mütəxəssislə 2028-ci ilədək müqavilə imzalanıb. Toppmöllerin son iş yeri Frankfurt “Ayntraxt”ı olub. O, Almaniya klubundan qışda ayrılıb.

Qeyd edək ki, “Lans” 2025/2026 mövsümündə Liqa 1-i ikinci pillədə başa vurub və Fransa kubokunun qalibi olub.