"Sumqayıt" Xorvatiya klubuna qarşı
16.01.2026 - 12:36
"Sumqayıt" Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Saşa İliçin komandası Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
"Osiyek" hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Komanda bu gün "Qarabağ"la da yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5, 2-ci sınaq oyununda Serbiyanın “OFK Belqrad” klubuna 1:4 hesabı ilə uduzub.
- Mahir 64 dəqiqə oynadı, komandası böyükhesablı qələbə qazandı
- Danışılmış oyunlarla bağlı seminar keçirilib - FOTO
- Nərgiz Qurbanova: "Oyunçuların meydana adaptasiyası yox idi"
- Kurban Berdıyev: “Bu, bizə xüsusi problem yaratmır”
- Hüseyn Yüceldən şok iddia: "Serdal Adalı sponsorluq üçün anlaşdığımız şirkətin müdirini təhdid edib"
0
0