Taekvondoçularımız Türkiyə açıq çempionatının ilk günündə 2 medal qazandılar
10.02.2024 - 11:11

Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatına start verilib.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası 2 medal əldə edib.
Yığmanın heyətində Məryəm Cəfərova (152 sm) qızıl medala yiyələnib.
O, 6 rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gülay Əliyeva isə (160 sm) çempionatı bürünc mükafatla bitirib. Taekvondoçu yarımfinaladək 4 mərhələ keçib.
Qeyd edək ki, yarışda bu gün yeniyetmə oğlanlar mübarizəyə qoşulacaq.
- Tura 4 matçla yekun vurulacaq
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- Avropa klublarının reytinq cədvəli yenilənib: İlk "20-lik"də 2 türk komandası var
- Güləşçimiz Dünya Çempionatında bürünc medal qazanıb
- "Qəbələ"nin kapitanı: "Bir qələbədən sonra hər şey tam başqa cür olacaq” - Müsahibə
0
0