Taleh Məmmədovdan Xorvatiyada qızıl medal
04.02.2023 - 23:09
Xorvatiyada keçirilən güləş üzrə reytinq xarakterli “Zagreb Open” turniri sona yaxınlaşır.
Apasport.az xəbər verir ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb.
Bunlardan Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb. O, finalda Arif Hüseyn Məhəmmədiyə (İran) 7:2 hesabı ilə qalib gəlib.
- 15 cüdoçumuz Avropa Açıq Turnirində çıxış edəcək
- Şəhriyar Əliyev: "Kəpəz"lə matç çempionatdakı ən ağır oyunlarımızdan biri olacaq" - Müsahibə
- Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”
- “Barsa”nın forvardı İngiltərə yolunda
- Milli komandamız “Araz-Naxçıvan”a məğlub olub
0
0