Təmsilçilərimiz paralimpiadaya Fransada hazırlaşırlar
12.08.2024 - 12:36
Azərbaycanın paraatletika, paraüzgüçülük, paraatıcılıq və parakamandan oxatma üzrə milli komandaları Fransanın Ajan şəhərində təlim-məşq toplanışına start veriblər.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, avqustun 21-dək davam edəcək toplanış Paris-2024 Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, paralimpiada avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
- Tahir Gözel Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb
- Qurban Qurbanov: “Azərbaycan futbolunu yaxşı heç nə gözləmir”
- Rəşad Sadıqov: "Hakimliklə bağlı köhnədən qalma bağlantılar var"
- Rafael Ağayev federasiyanın vitse-prezidenti deyilmiş - Açıqlama
- Fransa millisinin baş məşqçisi hakimlərdən narazıdır
0
0