“Turan Tovuz” Azərbaycan çempionatlarında 30-cu heç-heçəsini edib
19.04.2025 - 11:47
“Turan Tovuz” Azərbaycan çempionatlarında 30-cu heç-heçəsini edib

“Turan Tovuz” Azərbaycan çempionatlarında 30-cu heç-heçəsini edib.

Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turunun “Araz-Naxçıvan”la görüşündə qeydə alınıb.

Qərb klubu 103-cü matçında 30-cu sülhə imza atıb – 1:1. Bu bərabərliklərdən 12-si evdə, 18-i səfərdə gerçəkləşib.

Qeyd edək ki, “Turan Tovuz” ölkə çempionatları tarixində ən azı 30 heç-heçə edən 23-cü komandadır.