"Turan Tovuz" - "Neftçi" matçının biletləri satışa çıxarılıb
07.05.2025 - 17:33
Misli Premyer Liqasının XXXIV turu çərçivəsində keçiriləcək "Turan Tovuz" - "Neftçi" oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Qeyd edək ki, görüş may ayının 10-u, saat 19:30-da Tovuz şəhər stadionunda baş tutacaq.
- “Gəncə” klubunda yeni məşqçi
- Makqreqor UFC döyüşünün vaxtını açıqladı – “Son rəqs” 2027-ci ildə
- Azərbaycan millisinin Sloveniyada təlim-məşq toplanışı başa çatıb
- "Lənkəran"ın baş məşqçisi: "Əgər bunu anlamasaq hər bir rəqibə qarşı oyunlarda problemlərimiz olacaq"
- "Spartak"ın sabiq baş direktoru: “Azərbaycan millisi Çerçesov üçün yaxşı seçimdir”
0
0