“Turan Tovuz”un qış planı
25.12.2023 - 14:37

“Turan Tovuz”un qış hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Qərblilər mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Antalyaya yollanacaq. Lara bölgəsindəki "Ask Lara" otelində məskunlaşacaq “Turan Tovuz” ayın 17-dək burada hazırlığını davam etdirəcək.
Baş məşqçi Ayxan Abbasov hazırlıq çərçivəsində 3 yoxlama oyununda komandanı sınaqdan keçirəcək.
Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunlarındakı rəqiblər və matçların tarixi hələ dəqiqləşməyib.
- Kukurelya “Çelsi”nin bir addımlığında
- Şahin Diniyev: "Qol vəziyyətlərimiz "Neftçi"dən çox idi"
- Millimizin üzvü oynadı, komandası 1 xal qazandı
- “Kəpəz”dən iddialı açıqlama: “Qarabağ”la matçda əlimizi yanımıza sallamayacağıq”
- “Araz-Naxçıvan”ın kapitanı: “Qurban Qurbanovun düşüncəsi necədirsə, mənim üçün də elədir”
0
0