Türk güləşçiyə Azərbaycan bayrağını dalğalandırmağa icazə verilmədi - VİDEO
22.04.2023 - 23:40
![Türk güləşçiyə Azərbaycan bayrağını dalğalandırmağa icazə verilmədi - VİDEO](https://apasport.az/storage/news/2023/april/23/big/6444454e5b7826444454e5b78316821957906444454e5b7806444454e5b781.jpg)
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında maraqlı an qeydə alınıb.
Apasport.az-ın məlumatına görə, 130 kq çəki dərəcəsində Rıza Kayaalp finalda Azərbaycan güləşçisi Sabah Şəriətini 2:1 məğlub edib.
Görüşdən sonra o, Türkiyə ilə yanaşı, Azərbaycan bayrağını da dalğalandırmaq istəsə də, qadın referi buna icazə verməyib.
Qeyd edək ki, Rıza Kayaalp 12-ci dəfə Avropa çempionu olmaqla karyerasını bitirmiş rusiyalı Aleksandr Karelinin rekordunu təkrarlayıb.
0
0