Türkiyə Futbol Federasiyasında yeni prezident - Rəsmi
18.07.2024 - 19:47
Bu gün Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə növbədənkənar seçki keçirilib.
Apasport.az xəbər verir ki, sözügedən vəzifəyə üç namizəd olub: Servet Yardımcı, İbrahim Hacıosmanoğlu və əvvəlki prezident Mehmet Büyükekşi.
Daha çox səs toplayan İbrahim Hacıosmanoğlu federasiyanın yeni prezidenti seçilib. O, 2027-ci ilin iyun ayına kimi vəzifəsini icra edəcək.
Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 2013-2015-ci illərdə "Trabzonspor"un prezidenti olub.
- Azərbaycanın paragüllə atıcısı Serbiyada gümüş medal qazanıb
- "Yuventus" heyətini 19 yaşlı müdafiəçi ilə gücləndirdi
- Premyer Liqamızda rekordlar və ilklər
- Qurban Qurbanov: "Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm"
- Azərbaycanın stolüstü tennisçiləri Latviyada beynəlxalq turnirinin qalibi olublar
0
0