Turun son təyinatları
07.08.2022 - 20:49
![Turun son təyinatları](https://apasport.az/storage/news/2022/august/07/big/62efed520b05a62efed520b05b165989102662efed520b05762efed520b059.jpg)
Misli Premyer Liqasında I turun son təyinatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, sabahkı matçın VAR hakimləri bəlli olub.
“Turan Tovuz” – “Qəbələ” oyununa VAR hakimi kimi Nicat İsmayıllı təyinat alıb. VAR hakiminin köməkçisi isə Cəmil Quliyev olacaq.
Qeyd edək ki, turun son matçı Tovuz şəhər stadionunda keçiriləcək. Görüş saat 17:00-da başlayacaq.
0
0