![UEFA Azərbaycan klublarına maliyyə yardımı etdi](https://apasport.az/storage/news/2025/february/12/big/67acab842b03967acab842b03a173936934867acab842b01367acab842b038.jpg)
UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində 9 klubumuza (“Qarabağ” istisna olmaqla) ödəniş edib.
Apasport.az xəbər verir ki, 2023/24-cü illər mövsümü üçün ayrılmış 1.955.000 (bir milyon doqquz yüz əlli beş min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Həmin vəsait klublar arasında bərabər bölünüb:
“Neftçi” – 217.222.22 avro
“Səbail” – 217.222.22 avro
“Qəbələ” – 217.222.22 avro
“Sumqayıt” – 217.222.22 avro
“Sabah” – 217.222.22 avro
“Araz-Naxçıvan” – 217.222.22 avro
“Zirə” – 217.222.22 avro
“Turan Tovuz” – 217.222.22 avro
“Kəpəz” – 217.222.22 avro