UEFA “Neftçi”, “Qəbələ” və “Zirə”yə pul köçürdü
12.08.2022 - 13:03
“Neftçi”, “Qəbələ” və “Zirə”nin Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə qazancı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, adıçəkilən klublara UEFA tərəfindən ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.
İlk dueldəcə avrokuboklarla vidalaşan “Qəbələ” ilə “Zirə” 450 min avroluq gəlir əldə edib. “Neftçi”də isə bu məbləğ 100 min avrodur. Ancaq “ağ-qaralar” III raunda qədər irəlilədiyindən, bir müddət sonra yenidən hesabına pul köçürməsi olacaq.
- "Qəbələ" 38 yaşlı yarımmüdafiəçisi ilə müqavilə müddətini uzadıb
- İngiltərə Premyer Liqası oyunu drona görə dayandırıldı
- Azərbaycan idmançıları Avropa çempionatında uğurla çıxış ediblər - FOTO
- Yeniyetmə güləşçilər arasında "Zəfər kuboku"na yekun vurulub
- Mərakeş millisinin baş məşqçisi: "Arzumuz gerçəkləşdi"
0
0