UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
14.06.2024 - 11:55
![UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub](https://apasport.az/storage/news/2024/june/14/big/666bf742300c9666bf742300ca1718351682666bf742300c7666bf742300c8.jpg)
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib.
Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub.
Lisenziyaları iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev təqdim ediblər.
0
0