UEFA "Qarabağ"ın rəqibini cərimələdi
23.10.2024 - 15:57
![UEFA "Qarabağ"ın rəqibini cərimələdi](https://apasport.az/storage/news/2024/october/23/big/6718e4fd288626718e4fd2886317296847336718e4fd288606718e4fd28861.jpg)
UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən İsveçin "Elfsborq" klubunu cərimələyib.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
Allsvenskan təmsilçisi İtaliyanın "Roma" komandasına qalib gəldikləri (1:0) II turun matçında azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50000 avro ziyana düşüb.
Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib. "Elfsborq"a 2 illik sınaq müddəti də qoyulub.
Qeyd edək ki, "Qarabağ" turnirin Liqa mərhələsində dekabrın 11-də "Elfsborq"un qonağı olacaq.
0
0