UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
25.10.2024 - 09:52
![UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib](https://apasport.az/storage/news/2024/october/25/big/671b31df9141d671b31df9141e1729835487671b31df9141b671b31df9141c.jpg)
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
Apasport.az xəbər verir ki, ötən gün Avropa Liqasının Liqa mərhələsinin IIl turunda Niderlandın "Ayaks" klubuna 0:3 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalını artıra bilməyib.
28-ci pillədə olan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir. Ölkəmizlə eyni əmsala malik Bolqarıstan isə 27-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (94.303) başçılıq edir.
0
0