AVF-nin nümayəndəsi beynəlxalq oyuna təyinat alıb
23.08.2024 - 17:21
![AVF-nin nümayəndəsi beynəlxalq oyuna təyinat alıb](https://apasport.az/storage/news/2024/august/23/big/66c88ccb3e33c66c88ccb3e33d172441927566c88ccb3e33a66c88ccb3e33b.jpg)
Azərbaycan Voleybol Federasiyasının Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, İsmayılova D qrupunda yer alan Estoniya və Xorvatiya komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Avqustun 24-də Estoniyanın Tallin şəhərində keçiriləcək oyunun hakimləri polşalı Magdalena Niewiarowska və almaniyalı Benedikt Geukes olacaq.
0
0