UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
14.02.2025 - 09:15
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Apasport.az xəbər verir ki, avrokuboklarda həftənin oyunları yekunlaşdıqdan sonra Azərbaycan reytinqdəki yerini itirməyib. 

Azərbaycan 19.625 əmsalla 28-ci pillədə qərarlaşıb. Bolqarıstan (19.874) 27-ci, Sloveniya (18.593) 29-cudur.

Qeyd edək ki, İngiltərə 55 ölkənin yer aldığı siyahıda (106.624) liderdir.