Ümid Rüstəmov 1/16 final səddini adlaya bilmədi
23.06.2023 - 15:47
Azərbaycan boks yığması Krakov-2023 III Avropa Oyunlarında mübarizəyə qoşulub.
Apasport.az saytının məlumatına görə, ilk təmsilçimiz Ümid Rüstəmov 1/16 final mərhələsinin döyüşünə çıxıb.
57 kq çəkidə mübarizə aparan boksçumuz Ronald Veres (Macarıstan) ilə görüşüb. Təmsilçimiz 0:5 (27:29, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün daha bir boksçumuz rinqə çıxacaq. Malik Həsənov (63,5 kq) ilk döyüşdə Bartlomey Roskoviç (Polşa) ilə qarşılaşacaq.
- "Barselona" bu tarixdə "Camp Nou"ya qayıdacaq
- Flik narazıdır: “Dünya çempionatında belə oyun qəbuledilməzdir”
- "Mançester Yunayted" və PSJ "Real"ın qapıçısını transfer etmək istəyir
- Azərbaycanlı boksçu: “Birinci yeri tutacağıma inanıram” - VİDEO
- ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi
0
0