Utziq “Zirə”nin hədəfində
01.06.2023 - 11:17
“Qəbələ”nin futbolçusu Rafael Utziq Misli Premyer Liqasının daha bir klubunun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu “Zirə”nin transfer hədəfinə çevrilib.
Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov braziliyalını komandasında görmək istəyir. Onunla danışıqlara Azərbaycan kubokunun final matçından sonra start veriləcək.
Zirənin eyniadlı təmsilçisi Utziqə elçi düşən ilk komanda deyil. “Neftçi” də cənubi amerikalını heyətinə qatmağa çalışır.
Qeyd edək ki, Rafael Azərbaycan çempionatlarında 81 oyunda 15 qol vurub.
- Samir Abasov "Barselona"nın prezidenti ilə görüşüb - FOTO
- Marandiçi: “Sabah”la oyuna strategiya hazırlamışdıq və o da işə yaradı” - MÜSAHİBƏ
- Millilərimizin oyunlarının vaxtı bəlli olub
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- "Neftçi"nin yoxlama oyunundakı rəqibi bilindi
0
0