Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt" - "Sabah" matçından (0:4) sonra qonaqların baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
"Kubok oyunları heç vaxt asan keçmir. Bu gün demək olar ki, əvvəlki iki oyunda "Sumqayıt"ın qapısına vurmadığımız bütün qolları vurduq. Futbolçularımın hər birinə təşəkkür edirəm".
- Yarımfinalda böyük ehtimalla rəqibiniz "Neftçi" olacaq. Şanslarınızı necə dəyərləndirirsiz?
- Kubokda hamının şansı bərabərdir. Əvvəldən nəsə deməyək. "Neftçi" sabah cavab görüşünə çıxacaq. Bütün oyunlara eyni cür hazırlaşırıq.
- Bu gün 4 qol vurdunuz. Qısa müddətdə komandada nəyi dəyişdiz?
- Hava şəraitinə görə qapıya zərbələri çox məşq etməmişdik. Həmişə demişəm ki, kəmiyyət mütləq keyfiyyətə çevriləcək.
- “Mançester Yunayted” və “Liverpul” xal itirdi
- Rio Ferdinand: “Pley-offlarda “Real”a mərc etdim, məhv oldum”
- İngiltərə millisinin veteranı siyasi çıxışına görə BBC-dən uzaqlaşdırıldı
- Mourinyo milli komandada işləyəcək
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Vəli İsrafilovu təbrik edib