![“Viktoriya”nın kapitanı: “Qarabağ”ı qəzəbləndirmək istəyirdik”](https://apasport.az/storage/news/2022/august/18/big/62fdd12ce2d0e62fdd12ce2d0f166080132462fdd12ce2d0962fdd12ce2d0c.jpg)
“Birinci hissədə hücuma keçərək, “Qarabağ”ı bir az da qəzəbləndirmək istəyirdik”.
Apasport.az saytının məlumatına görə, bunu Çexiya klubu “Viktoriya”nın (Plzen) kapitanı Lukaş Heyda Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyun barədə danışarkən deyib.
32 yaşlı mərkəz müdafiəçisi qolsuz bərabərliyi uğurlu nəticə hesab edib: “İlk hissədə şanslarımız oldu, amma fasilədən sonra praktiki olaraq heç nə yaratmadıq. Bununla belə, məsuliyyətlə müdafiə olunduq və 0:0-ı sərfəli nəticə kimi qəbul edirik”.
Qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Heyda cavab görüşünü buraxacaq. O, buna görə üzr istəyib: “Revanş oyununda olmayacağım üçün üzr istəyirəm. Amma inanıram ki, komanda yoldaşlarım bu işin öhdəsindən gələcəklər”.
Qeyd edək ki, cavab görüşü avqustun 23-də Plzendə keçiriləcək.