"Xəzər Lənkəran"ın sabiq futbolçusu vətənində oynayacaq
15.01.2023 - 15:44
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Fernandu Qabriel karyerasını ölkəsi Braziliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi BƏƏ və Səudiyyə Ərəbistanındakı karyerasından sonra 2017-ci ildə qısa müddət oynadığı Braziliya B Seriyası klubu "Paysandu"ya qayıdıb.
Qeyd edək ki, Fernandu Qabriel 2014/15 mövsümündə "Xəzər Lənkəran"da çıxış edib. O, Azərbaycan Premyer Liqasında 12 matça çıxıb və 3 qol vurub. Azərbaycanda onun legioner karyerası yaşadığı ilk ölkə olub.
- Qurban Qurbanov: “Bizim qapılarımız hamı üçün açıqdır”
- Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Liqasının oyununa təyinat alıblar
- “Olimpiakos” – “Qarabağ”: Uilkinsonun PROQNOZU
- "Fənərbaxça" Konfrans Liqası matçında itkilərlə ÇIXACAQ
- Türkiyədə mərc qalmaqalı: 149 hakim futboldan uzaqlaşdırıldı
0
0